Ötən gün ABŞ-da 29 mindən çox şəxs koronavirusa yoluxdu

Ötən gün ABŞ-da 29 mindən çox şəxs koronavirusa yoluxdu ABŞ-da son sutka ərzində 29 078 yeni koronavirusa yoluxma halı qeydə alınıb və bununla da ümumi halların sayı 1 160 996 olub.
Digər ölkələr
477
3 May , 2020 16:16
Ötən gün ABŞ-da 29 mindən çox şəxs koronavirusa yoluxdu
Foto: AP

ABŞ-da son sutka ərzində 29 078 yeni koronavirusa yoluxma halı qeydə alınıb və bununla da ümumi halların sayı 1 160 996 olub.

“Report” xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları sübut edir.

Ümumilikdə ölkədə COVID-19-dan 66 mindən çox şəxs ölüb (son sutka ərzində 1 426 nəfər ölüb), 173 725 xəstə sağalıb.

ABŞ-da koronavirusla bağlı toplam 6,5 milyondan çox test aparılıb.

Qeyd edək ki, hazırda ABŞ koronavirusa yoluxanların və virusdan ölənlərin sayına görə dünyada birinci yerdədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi