Ötən ay Suriyada 198 nəfər işgəncənin qurbanı olub

Ötən ay Suriyada 198 nəfər işgəncənin qurbanı olub Bakı. 3 sentyabr. REPORT.AZ/ Ötən ay Suriyada 198 nəfər Bəşşar Əsədə rejiminə məxsus qüvvələrin, onun müttəfiqlərinin və terrorçuların işgəncələrinin qurbanı olub.
Digər ölkələr
3 Sentyabr , 2018 04:57
Ötən ay Suriyada 198 nəfər işgəncənin qurbanı olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Ötən ay Suriyada 198 nəfər Bəşşar Əsədə rejiminə məxsus qüvvələrin, onun müttəfiqlərinin və terrorçuların işgəncələrinin qurbanı olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatının (SNHR) məruzəsində bildirilir. 

Məruzədə qeyd edilir ki, onlardan biri PKK terror qruplaşmasının Suriya qolu olan YPG, iki nəfər naməlum cinayətkarlar tərəfindən qətlə yetirilib. İşgəncəyə məruz qalaraq öldürülənlərdən 194-ü Bəşşar Əsədə məxsus qüvvvələrin qurbanı olub. Bundan əlavə, daha bir qadın isə İŞİD terrorçuları tərəfindən öldürülüb.

Suriyada vətəndaşı müharibəsi 2011-ci ildə, hərbçilərin dinc nümayişçilərə atəş açmasından sonra başlayıb.

BMT-nin məlumatına görə, münaqişənin gedişində ümumilikdə 400 min insan həlak olub. 10 milyondan çox sakin evlərini tərk etməyə məcbur olub. Daha 4,8 milyon insan isə ölkənin sərhədlərindən kənarda sığınacaq tapıb.

Son xəbərlər

Orphus sistemi