Osakada "Böyük iyirmilik" sammiti start götürüb - YENİLƏNİB

Osakada "Böyük iyirmilik" sammiti start götürüb - YENİLƏNİB G20 ölkələrinin liderləri sammit çərçivəsində rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sessiya keçiriblər.
Digər ölkələr
28 İyun , 2019 07:58
Osakada Böyük iyirmilik sammiti start götürüb - YENİLƏNİB

G20 ölkələrinin liderləri sammit çərçivəsində rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sessiya keçiriblər.

"Report"un sammitin keçirildiyi Osaka şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, sessiya zamanı Yaponiyanın Baş naziri Sindzo Abe, ABŞ Prezidenti Donald Tramp, Çin sədri Si Szinpin və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker çıxış ediblər.

Görüş iştirakçıları rəqəmsal iqtisadiyyat, ticarət və elektron kommersiyanın vacib olduğunu təsdiq ediblər.

Açıq bazarlara bağlılığın mühümlüyünü qeyd edən ABŞ Prezidenti rəqəmsal iqtisadiyyatın öz növbəsində qlobal iqtisadiyyatın inkişafına kömək etdiyini bildirib.


***06:43

Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammiti start götürüb.

"Report"un Yaponiyaya ezam olunmuş müxbirinin məlumatına görə, 37 ölkə və beynəlxalq təşkilat lideri ikigünlük görüşlər zamanı beynəlxalq gündəliyin daha aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Sammit zamanı bir neçə sessiya, o cümlədən rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sessiya olacaq.

Tədbirlərin əsas mövzusu rəqəmsal iqtisadiyyatın inkişafı, qlobal ticarət və investisiyalar, innovasiyalar, iqlim dəyişkənliyi məsələləri və dənizlərin plastik kütlələrlə çirkləndirilməsi ilə mübarizə və səhiyyə olacaq.

Son xəbərlər

Orphus sistemi