“Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın üzvlük danışıqlarına başlamaq qərarı ilə bağlı müzakirələr başlayan zaman Avropa İttifaqının iclas zalını tərk edib, çünki o, bunu yanlış hesab edib və belə bir addımın məsuliyyətini öz üzərinə götürmək istəməyib”.
“Report” xəbər verir ki, bu barədə rəhbərini Brüsseldə Aİ sammitinə səfərdə müşayiət edən Macarıstan hökumətinin başçısının siyasi müşaviri Balaz Orban bildirib.
“Macarıstanın mövqeyi aydındır və dəyişməzdir: biz Ukraynanı Avropa İttifaqı ilə danışıqlara hazır hesab etmirik. Ona görə də biz danışıqlara başlamamağı təklif etdik.
Lakin Aİ-yə 26 üzv ölkə fərqli düşünür, buna görə də bir neçə saat davam edən debatdan sonra Macarıstan səhv qərara müdaxilə etməmək və buna görə məsuliyyəti öz üzərinə götürməmək üçün iclas zalını tərk etmək və səsvermədə iştirak etməmək qərarına gəlib”-deyə, o qeyd edib.
Eyni zamanda, baş nazirin müşaviri vurğulayıb ki, Ukraynanın mümkün üzvlüyü ilə bağlı bütün sonrakı qərarlar da Aİ-də konsensus tələb edəcək:
“Avropa İttifaqının liderləri fundamental qərar qəbul ediblər, bundan sonra üzv dövlətlər də konkret danışıqlar paketinin hazırlanması ilə bağlı yekdilliklə razılaşmalı olacaqlar. Yaxın bir neçə ildə Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlar prosesində ən azı 70 dəfə qərarlar yekdil dəstəklənməlidir”.