OPEK ölkələri neft hasilatının dondurulması barədə razılığa gəliblər

OPEK ölkələri neft hasilatının dondurulması barədə razılığa gəliblər Neftin gündəlik hasilatı 32,5 milyon barel həcmdə məhdudlaşdırılacaq
Digər ölkələr
28 Sentyabr , 2016 22:53
OPEK ölkələri neft hasilatının dondurulması barədə razılığa gəliblər

Bakı. 28 sentyabr. REPORT.AZ/ OPEK ölkələrinin rəsmiləri Əlcəzairdə keçirilmiş görüşdə neft hasilatının dondurulması barədə razılığa gəliblər.

"Report"un məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, OPEK-ə üzv ölkələr neftin gündəlik hasilatının 32,5 milyon barel həcmdə məhdudlaşdırılmasını razılaşdırıblar.

Agentlik OPEK-in nümayəndə heyətindəki mənbələrə istinadən xəbər verib ki, təşkilat razılaşmayla əlaqədar neft ixrac edən digər ölkələrə də müraciət edəcək.

Son xəbərlər

Orphus sistemi