OPCW rəhbəri Skripalın zəhərlənməsi üçün istifadə edilən maddənin dozasını açıqlayıb

OPCW rəhbəri Skripalın zəhərlənməsi üçün istifadə edilən maddənin dozasını açıqlayıb Bakı. 4 may. REPORT.AZ/ Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi üçün 50 qramdan 100 qramadək zəhərli maddə istifadə olunub.
Digər ölkələr
4 May , 2018 10:52
OPCW rəhbəri Skripalın zəhərlənməsi üçün istifadə edilən maddənin dozasını açıqlayıb
Peter Dejong/AP

Bakı. 4 may. REPORT.AZ/ Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi üçün 50 qramdan 100 qramadək zəhərli maddə istifadə olunub.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) rəhbəri Əhməd Üzümçü bildirib.

Bildirilir ki, zəhərli maddə Skripalların evinin qapısının tutacağında və onların huşsuz halda tapıldığı parkda aşkar edilib. Maddə maye formasında istifadə olunub.

Onun sözlərinə görə, laboratoriya tədqiqatları üçün 5-10 qram arasında maddə lazımdır. Ə.Üzümçü əlavə edib ki, bu maddə kimyəvi silahların siyahısına daxil ediləcək.

Son xəbərlər

Orphus sistemi