Onlarla insan gecəni Monblan dağında xarab olan kanat yolunda keçirib

Onlarla insan gecəni Monblan dağında xarab olan kanat yolunda keçirib Əməliyyatda Fransa, İtaliya və İsveçrədən xilasedicilər iştirak edir
Digər ölkələr
9 Sentyabr , 2016 09:35
Onlarla insan gecəni Monblan dağında xarab olan kanat yolunda keçirib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Onlarla tursit gecəni Fransanın Alp dağ silsiləsindəki Monblan dağında xarab olan funikulyorun kabinlərində keçirib. 

"Report" BBC-yə istinadən xəbər verir ki, əvvəlcə kanat yolunda 110 insan qalıb, lakin onların əksəriyyəti helikopter vasitəsilə təxliyə olunub. 

Xilasetmə əməliyyatı gecə dayandırılıb və səhər yenidən bərpa olunacaq. 

Bildirilir, ki, kanat yolundakı kabinlər müəyyən olunmamış səbəblərə görə, dolaşıb və dayanıb. 

Müxtəlif məlumatlara görə, 3800 metr yüksəklikdə 33-45 nəfər təcrid olunub. Xilasedicilər onlara qida, su və ədyallar çatdırıb. 

Əməliyyatda Fransa, İtaliya və İsveçrədən xilasedicilər iştirak edir. 

Son xəbərlər

Orphus sistemi