Bakı. 2 yanvar. REPORT.AZ/ İraqın müxtəlif yerlərində keçirilən Yeni il şənliklərində fişəng, digər pirotexniki vasitələrin və mərmilərin partlayışı zamanı 104 nəfər xəsarət alıb.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Ölkənin
Yaralıların 45-i paytaxt Bağdadda keçirilən mərasimlərdə xəsarət alıb. Nazirliyin rəsmisi yaralı sayının arta biləcəyini qeyd edib.
İraqda Yeni il şənlikləri zamanı istifadə edilən fişəng və mərmilər bir çox insanların yaralanmasına səbəb olur.
Daha əvvəl məlum olub ki, ölkənin Bəsrə şəhərində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb.