ABŞ-da müsəlmanlara hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib - VİDEO - FOTO

ABŞ-da müsəlmanlara hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib - VİDEO - FOTO Bakı. 22 yanvar. REPORT.AZ/ ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib.
Digər ölkələr
22 yanvar 2019 19:35
ABŞ-da müsəlmanlara hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib - VİDEO - FOTO

Bakı. 22 yanvar. REPORT.AZ/ ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib.

Bu barədə "Report" WHEC telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, onlar Roçester şəhərində həbs olunublar. Saxlanılanlar 18-20 yaşlarında üç kişi 16 yaşlı gəncdir. Onlar müsəlmanların yaşadığı, Nyu-York ştatındakı İslamberq qəsəbəsinə hücum hazırlığında ittiham edilirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı şübhəli şəxslərdə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Həbs edilənlərə qarşı sui-qəsd və silah saxlama maddələri üzrə ittihamlar irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi