Omanda son sutkada COVID-19 virusuna daha 910 nəfər yoluxub, 6 nəfər ölüb. Yoluxanlar arasında 535 yerli sakinin və 375 əcnəbi vətəndaşın olduğu bildirilir.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, indiyədək Omanda koronavirusa yoluxanların ümumi sayı 39 060 nəfərdir. Bunlardan 169 nəfər ölüb, 22 422 nəfər isə sağalıb.