Oman sultanının dəfn mərasimi bu gün keçiriləcək

Oman sultanının dəfn mərasimi bu gün keçiriləcək Omanın vəfat etmiş sultanı Qabus bin Səid Əl Səudun dəfn mərasimi bu gün keçiriləcək.
Digər ölkələr
11 Yanvar , 2020 05:58
Oman sultanının dəfn mərasimi bu gün keçiriləcək

Omanın vəfat etmiş sultanı Qabus bin Səid Əl Səudun dəfn mərasimi bu gün keçiriləcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Omanın dövlət xəbərlər agentliyi bildirib.

Qeyd edək ki, Sultan cümə günü yanvarın 10-da, uzunsürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. O, 1970-ci ildən ölkəni idarə edirdi.

Sultanın xərçəng xəstəliyindən əziyyət çəkməsi xəbəri hələ 2015-ci ildə yayılıb.

Məlumata görə, övladı olmayan Qabusun varisi 2002-ci ildən onun şəxsi köməkçisi işləmiş Əsəd bin Tarek bin Teymur Əl Səid olacaq.

Son xəbərlər

Orphus sistemi