Yuxarı

Olland: Yunanıstanın avrozonadan xaric edilməsi məsələsi gündəmdə deyil

Əyər Yunanıstan avrozonanı tərk etsə, Avropa kiçiləcək və inkişafdan qalacaq - deyə Fransa lideri vurğulayıb

Bakı. 12 iyul. REPORT.AZ/ Fransa prezindenti Fransua Olland bəyan edib ki, Yunanıstanın avrozonaya üzvlüyünün müvəqqəti dayandırılmasına dair məsələ gündəlikdə yoxdur.

"Report" BBC-yə istinadən xəbər verir ki, Avrozona liderlərinin sammitində iştirak etmək üçün Parisdən yola düşmədən əvvəl jurnalistlərin suallarını cavablandıran F.Olland deyib ki, Grexit (Yunanıstanın Aİ-də xaric edilməsi - red.) mövzusu müzakirə predmeti olmayacaq.

"Əyər Yunanıstan avrozonanı tərk etsə, Avropa kiçiləcək və inkişafdan qalacaq" - deyə Olland vurğulayıb.

Qeyd edək ki, Aİ sammitində Yunanıstanın borcu ilə bağlı son qərar təsdiqlənməlidir.

Avrozona ölkələri Yunanıstana yeni maliyyə yardımının verilməsi və ya ölkənin avrozonadan xaric edilməsi barədə yekun qərar verməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi