Olland: "Suriya münaqişəsinin Əsədin xeyrinə həlli variantının axtarışı vəziyyəti ağırlaşdırır"

Olland: "Suriya münaqişəsinin Əsədin xeyrinə həlli variantının axtarışı vəziyyəti ağırlaşdırır" Fransa prezidenti Suriyada sabitliklə bağlı şərtləri açıqlayıb
Digər ölkələr
14 Oktyabr , 2016 23:26
Olland: Suriya münaqişəsinin Əsədin xeyrinə həlli variantının axtarışı vəziyyəti ağırlaşdırır

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Suriyada münaqişənin nizama salınmasının yalnız siyasi ssenarisi nəticə verə bilər".

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Fransua Olland ölkə ictimaiyyətinin nümayəndələrilə görüşündə söyləyib.

O, bildirib ki, Suriya məsələsinin hərbi yolla qərarı yalnız bu ölkədə və regionda vəziyyəti ağırlaşdırır.

Fransa prezidenti bununla yanaşı, Suriya ilə bağlı tələbləri xatırladıb. O, bildirib ki, bunlar atəşin dayandırılması, humanitar yardımın təcili şəkildə çatdırılması və Suriyada keçid dövrünün başlanğıcına aparan siyasi danışıqlardan ibarətdir.

"Bu, müharibədən əziyyət çəkən ölkəni sabitləşdirmək və terror təhlükəsinin uzunmüddətli məhvini təmin etmək üçün yeganə yoldur" – deyə prezident bildirib.

"Münaqişənin Suriya prezidenti Bəşər Əsədin xeyrinə həlli qərarının axtarışı əksinə yalnız vəziyyəti daim ağırlaşdırır, Suriyada və regionda ekstremizmi genişləndirir" – deyə Olland fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi