Olland: "Fransada yüksək terror təhlükəsi qalmaqda davam edir"

Olland: "Fransada yüksək terror təhlükəsi qalmaqda davam edir" Ölkə ərazisində 10 min hərbçi asayişi qorumaq üçün səfərbərlik vəziyyətində qalacaq
Digər ölkələr
11 Mart , 2015 16:43
Olland: Fransada yüksək terror təhlükəsi qalmaqda davam edir

Bakı. 11 mart. REPORT.AZ/ Fransada yüksək terror təhlükəsi qalır, bununla əlaqədar 10 min hərbçi ölkə ərazisində asayişi qorumaq üçün səfərbərlik vəziyyətində qalacaq. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland ölkənin güc strukturları rəhbərlərinin iştirakı ilə Yelisey sarayında keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib. 

"Ölkəmizdə terror təhlükəsinin hələ də yüksək olması səbəbindən dövlət başçısı Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələrinə dəstək üçün 10 min hərbçinin səfərbərlik vəziyyətində saxlanılması haqqında qərar qəbul edib. Onlardan 7 min nəfəri uzunmüddətli xidmətdə olacaq və onlar əsasən xüsusi təhlükəyə məruz qala biləcək dini obyektləri qoruyacaqlar", - prezidentin mətbuat xidmətinin məlumatında deyilir. 

Son xəbərlər

Orphus sistemi