Yuxarı
    Bağlamaq

    Olland: Fransada terror təhlükəsi səviyyəsi hələ də yüksəkdir

    Ölkə hökuməti maksimal hazırlıq vəziyyətində olmalıdır

    Bakı. 16 mart. REPORT.AZ/ Hazırda Fransada terror təhlükəsi hələ də çox yüksək səviyyədədir və ölkə hökuməti maksimal hazırlıq vəziyyətində olmalıdır. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Fransa prezidenti Fransua Olland çıxış edib.

    Dövlət başçısının sözlərinə görə, Parisdə keçirilən son reydlər zamanı baş tutan həbslər bunun ən bariz nümunələridir. Ötən gün, Fransa polisi terrorçu "İŞİD" qruplaşması ilə əlaqədə olduğu ehtimal edilən üç kişi və bir qadını həbs edib.

    Xatırladaq ki, ötən il noyabrın 13-də axşam saatlarında Parisdə eyni vaxtda altı nöqtədə hücum aktı baş vermişdi. Terror aktları nəticəsində 130 nəfər həlak olub, 350 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi