Yuxarı

​Olland: "Fransada terror təhlükəsi qalmaqdadır"

Polislər Fransanın ali mükafatına - Fransanın Fəxri legionu ordeninə layiq görülüblər

Bakı. 13 yanvar. REPORT.AZ/ "Fransada, eləcə də onun sərhədlərindən kənarda terror təhlükəsi qalmaqdadır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland yanvarın 7-də baş vermiş terror nəticəsində həlak olmuş şəxslərin xatirəsinə həsr edilən mərasimdəki çıxışında deyib.

"Terror təhlükəsi bəzən bizdən uzaqlarda da olsa var. Bu təhlükə ölkəmiz ərazisində də qalmaqdadır. Biz sayıq olmalıyıq", - o vurğulayıb.

Mərasim Paris perfekturasının polis idarəsində keçirilib. Yanvarın 7-dəki terror hadisəsi nəticəsində ölən polislər Fransanın ali mükafatına - "Fransanın Fəxri legionu" ordeninə layiq görülüblər.

Xatırladaq ki, hadisə nəticəsində polis əməkdaşları - Klaris Jan-Filipp, Frank Brensolaro, Əhməd Merabe ölüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi