Yuxarı

Olland: "Fransa İŞİD-ə qarşı hava zərbələrini intensivləşdirəcək"

Fransa və Böyük Britaniya liderləri İŞİD-ə qarşı mübarizə əzmini nümayiş etdirib

Bakı. 23 noyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland bəyan edib ki, onun ölkəsi İŞİD qruplaşmasının İraq və Suriyadakı mövqelərinə hava zərbələrini intensivləşdirəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, Birləşmiş Krallığın baş naziri Devid Kemeronla Parisdə apardığı danışıqlardan sonra F.Olland bildirib ki, Fransaya məxsus "Şarl de Qoll" adlı təyyarədaşıyan gəmi Suriyada hərbi əməliyyatlara qoşulacaq.

D.Kemeron isə öz növbəsində deyib ki, Fransa liderinin İŞİD-ə zərbə endirmək qərarını dəstəkləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi