Ölkə lideri ​ilk dəfə Şimali Koreya Əmək Partiyasının qurultayına qatılıb

Ölkə lideri ​ilk dəfə Şimali Koreya Əmək Partiyasının qurultayına qatılıb Qurultay keçirilən zala xarici ölkələrin jurnalistləri buraxılmayıb
Digər ölkələr
6 May , 2016 08:32
Ölkə lideri ​ilk dəfə Şimali Koreya Əmək Partiyasının qurultayına qatılıb

Bakı. 6 may. REPORT.AZ/ Şimali Koreya Əmək Partiyasının qurultayında son 36 ildə ilk dəfə ölkənin lideri də iştirak edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Şimali Koreyanın lideri Kim Çen In partiyasının ali orqanının toplantısına qatılıb.

Məlumata görə, qurultayda bir neçə min nümayəndə iştirak edir. Şimali Koreyanın bütün elitası tədbirə toplanıb.

Yığıncağın birinci günündə ölkə lideri Kim Çen In çıxış edərək, Şimali Koreyanın nüvə proqramından danışacaq. Məlumata əsasən, qurultay keçirilən zaman 5-ci nüvə sınağının keçiriləcəyi də ehtimal edilir.

Qurultay keçirilən zala xarici ölkələrin jurnalistləri buraxılmayıb.

Qeyd edək ki, Şimali Koreya Əmək Partiyasının qurultayı 1980-ci ildən keçirilir. 

Son xəbərlər

Orphus sistemi