Çin koronavirusdan ölənlərin sayını yenidən hesablayıb

Çin koronavirusdan ölənlərin sayını yenidən hesablayıb Çin COVID-19 qurbanlarının siyahısına daha 1 290 nəfər əlavə edib.
Digər ölkələr
17 Aprel , 2020 12:24
Çin koronavirusdan ölənlərin sayını yenidən hesablayıb

Çin COVID-19 qurbanlarının siyahısına daha 1 290 nəfər əlavə edib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Xianhua” agentliyi yayıb.

Məlumata görə, daha öncə Uhanda 2 579 nəfərin koronavirusdan öldüyü bildirilsə də, bu rəqəm 3 869 nəfərə yüksəldilib.

Bildirilib ki, şəhərdə virusa yoluxma hallarının sayı da daha 325 artırılaraq 50 333-ə çatdırılıb.

Açıqlamada evdə ölən xəstələrin qeydiyyata düşməməsi, yetərsiz sayda olan səhiyyə işçilərinin natamam və ya yanlış hesabatları, qurumlararası koordinasiya əskikliyi rəqəmlərin fərqli olmasına yol açdığı vurğulanıb.

Qeyd edək ki, daha öncə mətbuatda Uhanda koronavirusdan ölənlərin sayı yarıbayarı az göstərildiyinə dair xəbər yayılmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 186 000-i ötüb. Bunların 553 323 nəfəri sağalıb, 146 969 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi