İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib

İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.
Digər ölkələr
7 Yanvar , 2019 05:52
İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Məlumata görə, əməliyyat zamanı 7 terrorçu zərərsizləşdirilib. Öldürülənlər arasında Türkiyə Hərbi Qüvvələrinin sərhədyanı hissəsinə hücuma hazırlaşan terrorçular da var. 

Türkiyənin təhlükəsizlik qüvvələrinin PKK terrorçularına qarşı indiyə qədər keçirdiyi əməliyyatlar zamanı 10 mindən çox silahlı zərərsizləşdirilib. 

Daha əvvəl Türkiyə ordusunun ötən il zərərsizləşdirdiyi terrorçuların sayı açıqlanıb. 

Son xəbərlər

Orphus sistemi