Şolts: "Ukraynadakı müharibənin nəticələri araşdırılmalıdır"

Şolts: "Ukraynadakı müharibənin nəticələri araşdırılmalıdır" Avropada təhlükəsizliyə zəmanət yaratmaq üçün daha çox səy göstərilməli, müdafiə məsrəfləri artırılmalıdır.
Digər ölkələr
12 Mart , 2022 03:45
Şolts: Ukraynadakı müharibənin nəticələri araşdırılmalıdır

"Avropada təhlükəsizliyə zəmanət yaratmaq üçün daha çox səy göstərilməli, müdafiə məsrəfləri artırılmalıdır".

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

O, Ukraynada gedən müharibənin fəsadlarını araşdırmağın vacib olduğunu da deyib:

“Bu fəsadlar hamımızın gələcəyi baxımdan əhəmiyyətlidir. Ona görə də görüşdə müdafiə və təhlükəsizliklə bağlı xeyli müzakirə apardıq, Avropanın təhlükəsizliyi üçün birgə səylər göstərməyin zəruri olmasına dair razılığa gəldik. Müdafiə məsrəflərini də əvvəlkinə nisbətən artıracağıq”.

Son xəbərlər

Orphus sistemi