“Ofelya” tropik fırtınası qasırğaya cevrilib

“Ofelya” tropik fırtınası qasırğaya cevrilib Qasırğa rayonunda küləyin sürəti saatda 120 km-dir
Digər ölkələr
12 Oktyabr , 2017 02:55
“Ofelya” tropik fırtınası qasırğaya cevrilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ-ın Qasırğaların Qarşısının Alınması üzrə Milli Mərkəzi (NHC) Atlantik okeanı üzərində formalaşan “Ofelya” tropik fırtınasının gücləndiyini açıqlayıb.

Bu barədə “Report” "RT"-ə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, fırtına artıq qasırğaya çevrilib.  

Qeyd edək ki, hazırda qasırğa rayonunda küləyin maksimal sürəti saatda 120 km təşkil edir. “Ofelya” şərq istiqamətində saatda 4.8 km sürətlə irəliləyir. 

Son xəbərlər

Orphus sistemi