Odessada nümayişçilər şəhər meriyasını əhatəyə alıblar

Odessada nümayişçilər şəhər meriyasını əhatəyə alıblar Çadır şəhərciyinə hücum edənlərdən beşi həbs olunaraq polis bölməsinə aparılıb
Digər ölkələr
26 Aprel , 2016 14:18
Odessada nümayişçilər şəhər meriyasını əhatəyə alıblar

Bakı. 26 aprel. REPORT.AZ/ Odessada şəhər meri Gennadi Truxanovun istefasını tələb edən nümayişçilər şəhər meriyasını əhatəyə alıb, binaya giriş bağlanıb. Onların etirazları bir qrup naməlum şəxsin nümayişçilərin çadır şəhərciyinə hücum etməsi ilə daha da şiddətlənib.

"Report" Odessa şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə səhər saat 4 radələrində Duma meydanında baş verib: üzü maskalı təxminən 20 naməlum şəxs düşərgəsini dağıtmağa başlayıb.

Hücumu dəf edən nümayişçilər meriyaya girişi bağlayıb və təkər yandırıblar. Çadır şəhərciyinə hücum edənlərdən beşi həbs olunaraq polis bölməsinə aparılıb.

Qeyd edək ki, Gennadi Truxanov 2015-ci ilin oktyabr ayında şəhər meri seçkilərində qalib olmuşdu. 

Son xəbərlər

Orphus sistemi