Odessa şəhərinin meri Kiyev hava limanında saxlanılıb

Odessa şəhərinin meri Kiyev hava limanında saxlanılıb Bakı. 14 fevral. REPORT.AZ/ Ukraynanın Odessa şəhərinin meri Gennadi Truxanov Çexiyadan ezamiyyətdən qayıdarkən Kiyevin Borispol hava limanında saxlanılıb.
Digər ölkələr
14 Fevral , 2018 14:30
Odessa şəhərinin meri Kiyev hava limanında saxlanılıb

Bakı. 14 fevral. REPORT.AZ/ Ukraynanın Odessa şəhərinin meri Gennadi Truxanov Çexiyadan ezamiyyətdən qayıdarkən Kiyevin "Borispol" hava limanında saxlanılıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, mer Ukrayna Milli Antikorrupsiya Bürosunun (MAB) əməkdaşlarına təhvil verilib. G.Truxanov xidməti mövqeyindən sui-istifadə edərək əmlaka israfçılıqda şübhəli bilinir. 

Qeyd edək ki, G.Truxanov keçən ildən etibarən Ukraynada olmayıb, əvvəlcə məziniyyətdə, sonra isə işgüzar ezamiyyətdə olub.

Eyni zamanda, Çexiya hökumətinin nümayəndələri G.Truxanova dəvət göndərilməsi və onunla hər hansı əməkdaşlıq barədə məlumatları təkzib ediblər.

Xatırladaq ki, MAB 2016-cı ilin noyabr ayında Şəhər Şurasının köhnə "Krayan" zavodunun binasını şişirdilmiş qiymətə alınması ilə əlaqədar istintaq başladıb.

Son xəbərlər

Orphus sistemi