Odessa sahillərində Böyük Vətən müharibəsi dövrünə aid silah-sursat gəmisi aşkar edilib

Odessa sahillərində Böyük Vətən müharibəsi dövrünə aid silah-sursat gəmisi aşkar edilib Gəmi Almaniyaya məxsusdur
Digər ölkələr
29 İyul , 2017 00:58
Odessa sahillərində Böyük Vətən müharibəsi dövrünə aid silah-sursat gəmisi aşkar edilib

Bakı. 29 iyul. REPORT.AZ/ Qara dənizin Odessa şəhəri sahillərində Böyük Vətən müharibəsi dövründə Almaniyaya məxsus silah-sursat gəmisi aşkar edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ukraynanın Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətinin Odessa üzrə İdarəsinin məlumatında bildirilir.

"Dalğıclar Qara dənizin Odessa vilayətinin Tatarbunar rayonunun Lebedevka kəndi sahillərində, 15 metr dərinlikdə göyərtəsində döyüş sursatları olan batmış "Teodorix" gəmisini aşkar ediblər", - deyə məlumatda qeyd olunur.

Məlumata görə, gəmidə çoxlu sayda döyüş sursatları var.

"Teodorix" hərbi konvoyun tərkibinə daxil olub və 12 noyabr 1943-cü ildə kapitan-leytenant Yaroslav İoselianinin komandanlığı altında "M-111" tipli Sovet sualtı qayığı tərəfindən batırılıb.

Son xəbərlər

Orphus sistemi