Yuxarı

​ABŞ və Türkiyə prezidentləri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib - YENİLƏNİB

Bu, iki ölkə liderinin bu günkü telefon danışıqlarının əsas mövzusu olub

Bakı. 19 iyul. REPORT. AZ/ Türkiyə ABŞ-a Fətullah Gülənlə bağlı müvafiq materialları elektron formada göndərib. 

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Coj Ernest keçirdiyi ənənəvi brifinqində xəbər verib.

O, qeyd edib ki, bu mövzu iki ölkə liderinin bu günkü telefon danışıqlarının əsas mövzusu olub. Coj Ernest əlavə edib ki, ABŞ-ın Ədliyyə Nazirliyi və Dövlət Departamenti bu materialları iki ölkə arasında 30 ildir mövcud olan ekstradisiya tələbləri çərçivəsində araşdırır.

"Barak Obama bildirib ki, ABŞ terrorçuları demokratik yolla seçilmiş hökumtələri devirməyə cəhd göstərənləri dəstəkləmir. Əgər Türkiyə hökumətindən rəsmi sorğu alsaq, ekstradisiya barədə qərar ABŞ qanunvericiliyində və Birləşmiş Ştatlarla Türkiyə arasında 30 il əvvəl imzalanmış leqal proses çərçivəsində müzakirə olunacaq" – deyə Ağ Ev sözçüsü bildirib. 

***21:51

ABŞ prezidenti Barak Obamayla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Coj Ernest ənənəvi brifinqində məlumat yayıb.

"Telefon danışığı bu gün səhər olub. Prezident Barak Obama türkiyəli həmkarı Ərdoğanla söhbət edib" – deyə Ağ Ev sözçüsü bildirib.

C.Ernestin sözlərinə görə, Obama bu imkandan demokratik yolla seçilmiş mülki Türkiyə hökumətinə Birləşmiş Ştatlarının qətiyyətli dəstəyini bir daha təsdiq etmək üçün istifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi