Yuxarı

​Obamanın təmsilçisi: "ABŞ Suriyanın şimalında yeni dövlətin yaranmasını dəstəkləmir"

Con Allen: Milli təhlükəsizlik baxımından koalisiyadakı bir sıra dövlətlər üçün İran təhdid mənbəyi olaraq, qalacaq

Bakı. 15 iyul. REPORT.AZ/ "ABŞ Suriyada "kürd muxtar bölgəsi"nin yaradılması ideyasını yaxşı qarşılamır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı beynəlxalq koalisiyadakı xüsusi təmsilçisi Con Allen bildirib.

O vurğulayıb ki, Vaşinqton Suriyanın şimalında ayrı bir dövlətin yaradılmasını dəstəkləmir: "Bunu kürdlərin də dəstəklədiyini düşünmürük. İŞİD-ə qarşı mübarizədədki koalisiya qüvvələrin işğalçı olmayacağı önəmlidir".

C.Allenin sözlərinə görə, İranın atom proqramı ilə bağlı razılşamanın İŞİD-ə qarşı mübarizədə ABŞ-ın bəzi müttəfiqlərinin fəaliyyətini azaldacaq: "Milli təhlükəsizlik baxımından koalisiyadakı bir sıra dövlətlər üçün İran təhdid mənbəyi olaraq, qalacaq. Razılaşmanın İranın fəaliyyətini kökündən dəyişəcəyini deyə bilmərəm. Ancaq bu məsələ koalisiyadakı üzv dövlətlər üçün önəmli problemdir" .

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi