ABŞ-ın dövlət katibi: "Obamanın Suriyaya müdaxilə planı İngiltərəyə görə pozuldu"

ABŞ-ın dövlət katibi: "Obamanın Suriyaya müdaxilə planı İngiltərəyə görə pozuldu" Con Kerri: "Qırmızı xətt" keçildiyindən Bəşər Əsədin mövqelərinə zərbələr endirilməli idi"
Digər ölkələr
6 Yanvar , 2017 12:55
ABŞ-ın dövlət katibi: Obamanın Suriyaya müdaxilə planı İngiltərəyə görə pozuldu

Bakı. 6 yanvar. REPORT.AZ/ “ABŞ prezidenti Barak Obamanın Suriyaya müdaxilə planı İngiltərəyə görə, pozuldu”.

“Report” “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

“Prezident Barak Obama bildirmişdi ki, əgər Bəşər Əsəd rejimi kimyəvi silahdan istifadə edərsə, o zaman ABŞ Suriyaya müdaxilə edəcək. O, kimyəvi silahın "qırmızı xətt" olduğunu söyləmişdi. Ancaq 2013-cü ildə Bəşər Əsədin Dəməşq yaxınlığında zarin qazından istifadə etdiyi məlum olmuşdu. Buna baxmayaraq, ABŞ müdaxilə etmədi və "qırmızı xətt"in keçilməsinə icazə verdi. Bunun məsuliyyətini isə Britaniyanın o vaxtkı baş naziri Devid Kemeron daşıyır. Çünki "qırmızı xətt" keçildiyindən Bəşər Əsədin mövqelərinə zərbələr endirilməli idi. Ancaq Kemeron bununla bağlı məsələni Britaniya parlamentinin gündəliyinə çıxartdı. Parlamentin qəbul etdiyi qərar əsasında hava zərbələri endirilməsinin qarşısı alındı”.

Son xəbərlər

Orphus sistemi