Yuxarı
    Bağlamaq

    Obamanın fotoqrafı ABŞ prezidentinin nüvə düyməsi və çamadanının şəklini yayıb

    Prezident gerbi üzərindəki lövhəcikdə belə yazılıb. Çətin qərarlar qəbul etmək çətindir

    Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş fotoqrafı Pit Souza öz "Instagram" səhifəsində ölkə başçısının Ağ evin Oval otağındakı masada olan nüvə düyməsinin fotoşəklini paylaşıb.

    “Report” xəbər verir ki, Souza bu şəkili ABŞ prezidenti Donald Trampın KXDR lideri Kim Çen In ilə qiyabi mübahisə zamanı "mənim nüvə düyməm Şimali Koreya liderindəkindən daha böyük və güclüdür" deməsi fonunda internetə yerləşdirib.

    "Xoşbəxtlikdən, burada qırmızı düymə müharibə başlamaq üçün deyil, köməkçini çağırmaq üçün istifadə olunur", - deyə Souza şəkilin altından yazıb.

    Prezident gerbi üzərindəki lövhəcikdə belə yazılıb: "Çətin qərarlar qəbul etmək çətindir" (Hard things are hard).

    Fotoqraf bununla yanaşı, sosial şəbəkəyə Amerika prezidentinin nüvə çamadanını da yerləşdirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi