Yuxarı

Obama və Kameron əməkdaşlığı artıracaqlarına söz verib

Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi barədə də razılıq əldə olunub

BAKI. 17 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kameron kiber-təhlükəsizlik də daxil olmaqla, iki ölkənin üzləşdiyi bir sıra önəmli məsələ barədə əməkdaşlığı artıracaqlarına söz veriblər.

"Report"un Amerikanın Səsinə istinadla verdiyi xəbərə görə, D.Kameronla birgə mətbuat konfransında çıxış edən B.Obama bildirib ki, kiber məkanda təhdidlərin artmasına cavab olaraq qəbul edilən bu qərar infrastrukturun, biznes məkanının və insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Obama və Kameron habelə Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi haqqında razılığa gəliblər. Hər iki lider Ukraynanı dəstəkləyəcəklərinə söz veriblər.

Müzakirə mövzusu olan digər başlıca məsələ isə İran olub. Kameron deyib ki, həm ABŞ, həm də Britaniya İranın nüvə silahı istehsal edə bilməsinin qarşısını almaq üçün tam məsuliyyətli olduqlarını dərk edir.

Liderlər həmçinin Ebola, iqlim dəyişikliyi və iqtisadiyyat məsələlərini müzakirə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi