​Obama və Ərdoğan Suriyadakı vəziyyəti və İŞİD-lə mübarizəni müzakirə edib

​Obama və Ərdoğan Suriyadakı vəziyyəti və İŞİD-lə mübarizəni müzakirə edib Onlar İŞİD-in məhvi üzrə təcili tədbirlərin görülməli olduğu ilə razılaşıblar
Digər ölkələr
19 May , 2016 03:52
​Obama və Ərdoğan Suriyadakı vəziyyəti və İŞİD-lə mübarizəni müzakirə edib

Bakı. 19 may. REPORT.AZ/ ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan telefonla Suriyadakı vəziyyəti və İŞİD terror qruplaşması ilə mübarizə tədbirlərini müzakirə ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

"İki lider Suriyadakı vəziyyəti müzakirə edib və İŞİD-in məhv edilməsi və onun Türkiyə, Avropa və onun hüdudlarından kənarda terror aktları həyata keçirmək səylərinin qarşısının alınması istiqamətində təcili tədbirlərin görülməli olduğu ilə razılaşıblar", — deyə məlumatda vurğulanıb.

Ağ ev qeyd edir ki, Obama "sülh rejiminin dəstəklənməsi və Suriyada siyasi hakimiyyətin ötürülməsi üzrə danışıqlarda irəliləyişə nail olmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib".

"Hər iki lider Kürd Fəhlə Partiyası da daxil olmaqla, bütün terror qruplaşmaları ilə mübarizədə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Obama bu konteksdə NATO üzrə müttəfiq kimi Türkiyənin təhlükəsizliyinə sadiqliyini ifadə edib", — deyə Ağ ev qeyd edib.

Son xəbərlər

Orphus sistemi