Yuxarı

​Obama Ukraynaya silah tədarükünə imkan verən müdafiə büdcəsini imzalayıb

Müdafiə büdcəsi 607 milyard dollar təşkil eidr

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqres tərəfindən qəbul olunan 2016-cı il üçün müdafiə büdcəsini imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ evin saytına yerləşdirilən bəyanatda bildirilir.

Müdafiə büdcəsi 607 milyard dollar təşkil edir. Obamanın veto qoyduğu ötən büdcədəki maddələrdən biri sənədin yeni versiyasındada da olduğu kimi qalıb. Məsələn, bu müdafiə büdcəsində Kubadakı Quantanamo həbsxanasının bağlanmasını çətinləşdirən tələblər saxlanılıb.

Qanunda Ağ ev zəruri bilərsə Ukraynaya 300 milyon dollar həcmində silah yardımının göstərilməsi mümkünlüyü öz əksini tapıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi