Yuxarı

Obama tərəfdarlarını siyasətlə məşğul olmağa çağırıb

ABŞ prezidenti bir sıra nailiyyətlərindən söz açıb

Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama 2017-ci ildə Ağ Evi tərk edəndən sonra da siyasət və ictimai məsələlərlə məşğul olacağına söz verib.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Vaşinqtonda "Organizing for Action" adlı qrupunun üzvləri qarşısında çıxış edən Barak Obama adi vətəndaş kimi “demokratiyadakı ən mühüm vəzifəni” icra edəcəyini deyib.

Prezidentliyi dövründə bir sıra nailiyyətlərindən söz açan Obama, deyib ki, bərpa olunan iqtisadiyyat, səhiyyə islahatı, eləcə də Keyston XL neft boru kəmərinin ləğvi kimi mövzuları sadalayıb.

"Organizing for Action" yerli ictimai dəstək qrupudur. Qrup Barak Obamanın 2008 və 2012-ci ildə uğurlu prezident seçki kampaniyası dövründə inkişaf edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi