Bakı. 13 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama sms göndərmir, nadir hallarda twitter sosial şəbəkəsində yazır və smartfondan istifadə etmir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, ABC kanalının efirində bildirib.
"Mən sms yazmıram. Elektron məktublar göndərirəm. Hələ də "Blackberry"-dən istifadə edirəm", - Obama qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, o, təhlükəsizlik baxımından aparatlarda quraşdırılmış səsyazma qurğusu olan smartfonlardan istifadə edə bilməz. Buna görə də onun bir çox "dəbdə olan yenilikləri" yoxdur.