Yuxarı

Obama odlu silahlara nəzarət mexanizminə dair yeni ölçüləri açıqlayıb

Əsas məqsədimiz - bundan sonraki cinayətlərin qarşısını almaqdır

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama odlu silahlarla törədilmiş cinayətlərin qarşısının alınması məqsədi ilə silah satışına nəzarət mexanizmlərinin gücləndirilməsinə dair bir sıra yeni ölçülər açıqlayıb.

"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, Obama bildirib ki, ABŞ kütləvi zorakılıqların sürətlə artdığını yeganə inkişaf etmiş ölkədir.

"İnsanlar ölür. Səsləndirilən bəhanələr isə problemin həlli üçün kifayət deyil. Biz, bu gün burada ona görə toplaşmamışıq ki, keçən ay baş vermiş hər hansı atışmanı müzakirə edək. Əsas məqsədimiz - bundan sonraki cinayətlərin qarşısını almaqdır" - deyə prezident Obama sözünə davam edib.

O, bildirib ki, yeni ölçülər silah satıcılarının lisenziyalarla təmin edilməsi ilə yanaşı, silah almaq istəyən insanlar haqqında geniş informasiyanın əldə edilməsini nəzərdə tutur.

Bununla yanaşı hazırda qüvvədə olan silah satışına dair qanunlarının sərtləşdirilməsi və s. daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi