Obama “Sərhədsiz Həkimlər” təşkilatından üzr istədi

Obama “Sərhədsiz Həkimlər” təşkilatından üzr istədi ABŞ qüvvələri tərəfindən bombalanan xəstəxanada 22 nəfər ölmüşdü
Digər ölkələr
7 Oktyabr , 2015 23:09
Obama “Sərhədsiz Həkimlər” təşkilatından üzr istədi

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama “Sərhədsiz Həkimlər” təşkilatının rəhbəri Coan Lyuya zəng edərək Əfqanıstanın Qunduz şəhərində yerləşən xəstəxanaya edilən hücumla bağlı üzr istəyib.

Qeyd edək ki, “Sərhədsiz Həkimlər” təşkilatına məxsus bu xəstəxana ABŞ qüvvələri tərəfindən bombalanmışdı. Nəticədə tibbi personalın 12 üzvü və 10 xəstə həlak olmuşdu.

ABŞ ordu generalı Con Kempell Senatın Silahlı Qüvvələr komitəsinə bildirib ki, “Sərhədsiz Həkimlər” təşkilatının fəaliyyət göstərdiyi xəstəxananın hədəf alınmasını əfqan qüvvələri istəyib.

Ağ Ev sözçüsü Coş Ernest hadisəni dəhşətli faciə adlandıraraq, Birləşmiş Ştatların buna ciddi yanaşdığını bildirib.

Son xəbərlər

Orphus sistemi