​Obama: Separatçıları dəstəkləmək Rusiyaya baha başa gələ bilər

​Obama: Separatçıları dəstəkləmək Rusiyaya baha başa gələ bilər ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub
Digər ölkələr
11 Fevral , 2015 01:52
​Obama: Separatçıları dəstəkləmək Rusiyaya baha başa gələ bilər

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, telefon söhbəti zamanı Ukraynanın ərazi bütövlyünü dəstəklədiyini bildirib.

Obama Kiyev və rusiyameyilli separatçılar arasında danışıqların yenidən başlamasının sülhün bərqərar olması üçün imkan yarada biləcəyinə diqqət yetirib.

Birləşmiş Ştatlar prezidenti, həmçinin münaqişə zonasında həlak olanların sayının artmasından narahatçılığını ifadə edib və Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin görüşündən sonra Minsk razılaşmasının həyata keçəcəyinə ümid bəslədiyini bildirib.

Bundan əlavə Obama vurğulayıb ki, Kreml separatçılara dəstəyi dayandırmasa, bu, Rusiyaya baha başa gələ bilər.

Son xəbərlər

Orphus sistemi