Obama Rusiyaya qarşı sanksiyaları qüvvədə qalmalı olduğunu deyib

Obama Rusiyaya qarşı sanksiyaları qüvvədə qalmalı olduğunu deyib "Razılığa əsasən tələb olunan istiqamətdə addımlar görməyənədək biz ən azı sanksiyaları hazırki səviyyədə saxlamalıyıq''
Digər ölkələr
18 Aprel , 2015 02:45
Obama Rusiyaya qarşı sanksiyaları qüvvədə qalmalı olduğunu deyib

Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama deyib ki, ABŞ və Avropa Rusiya Ukraynada atəşkəsi razılığını tətbiq etməyənədək Moskvaya qarşı sanksiyaları qüvvədə saxlamalıdır.

"Razılığa əsasən tələb olunan istiqamətdə addımlar görməyənədək biz ən azı sanksiyaları hazırki səviyyədə saxlamalıyıq'' - deyə B.Obama Vaşiqntonda İtaliya baş naziri Matteo Renzi ilə keçirilən birgə mətbuat konfransında bildirib.

"Report"un Amerikanın Səsinə istinadən xəbər verir ki, Rusiya keçən il Ukraynada Krımı ilhaq edəndən və ölkənin şərqindəki separatçıları dəstəkləyəndən bəri ABŞ və Avropa Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Qərb rəsmiləri deyir ki, Rusiya hərbi qüvvələri separatçıları dəstəkləmək üçün Ukrayna ərazisinə daxil olub. Rusiya rəsmiləri isə bu ittihamları rədd edir. Prezident Vladimir Putin dünən keçirilən illik sual-cavab sessiyasında dəfələrlə bu iddiaları rədd edib.

Son xəbərlər

Orphus sistemi