Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama hesab edir ki, rəsmi Moskvanın Yaxın Şərqdə və xüsüsi ilə dı Suriyada apardığı siyasət doğru deyil. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bir qrup hərbçi ilə görüşən Obama bildirib ki, Bəşər Əsəd rejimini dəstəkləmə taktikası kökündən yalnışdır.
"Hesab edirəm ki Rusiyanın hazırki strategiyası cidi səhvdir" - deyə Ağ Ev başçısı vurğulayıb.
Obama, həmçinin, qeyd edib ki mühacir problemi dünya miqyasından hələ uzun illər davam edəcək.