Obama Rusiya Silahlı Qüvvələrini “dünyanın ikinci ən qüdrətli ordusu” hesab edir

Obama Rusiya Silahlı Qüvvələrini “dünyanın ikinci ən qüdrətli ordusu” hesab edir Ağ Evin başçısı Kaliforniyada mətbuat konfransı keçirib
Digər ölkələr
17 Fevral , 2016 04:10
Obama Rusiya Silahlı Qüvvələrini “dünyanın ikinci ən qüdrətli ordusu” hesab edir

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama hesab edir ki, Rusiya hərbi aviasiyasının Suriyadaki əməliyyatları bu ölkənin müxalifət qüvvələri üçün ciddi əngələ çevrilib.

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Kaliforniyada keçirdiyi mətbuat konfransında Ağ Evin başçısı deyib ki, “dünyanın ikinci qüdrətli ordusu” hesab etdiyi Rusiya Silahlı Qüvvələri Suriya müxalifət qüvvələrinin qələbə əzmini azaldıb.

"Bir ovuc müxalifət tərəfdarı Rusiya ordusuna qarşı mübarizə apara bilməyəcək. Bu bir həqiqətdir”, - deyə Obama qeyd edib.

ABŞ prezidenti, həmçinin, qeyd edib ki, Rusiya ordusunun Suriyaya daxil olması Bəşər Əsəd hakimiyyətinin zəifliyinin göstəricisidir.

Son xəbərlər

Orphus sistemi