Obama: "Regionda zorakılıq dayandırılmayınca ABŞ Rusiya ilə Suriya üzrə əməkdaşlıq etməyəcək"

Obama: "Regionda zorakılıq dayandırılmayınca ABŞ Rusiya ilə Suriya üzrə əməkdaşlıq etməyəcək" Bu barədə Ağ evin bəyanatında bildirilir
Digər ölkələr
17 Sentyabr , 2016 05:42
Obama: Regionda zorakılıq dayandırılmayınca ABŞ Rusiya ilə Suriya üzrə əməkdaşlıq etməyəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Rusiya və Amerika tərəfindən Suriya üzrə qəbul olunan razılaşmadan sonra bölgədə zorakılıq səviyyəsinin aşağı endirilməsinə baxmayaraq, Dəməşqin humanitar yüklərin əhaliyə çatdırılmasına mane olması ilə bağlı dərin təəssüfünü ifadə edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ evin bəyanatında bildirilir.

Obama Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə qeyd edib ki, ABŞ bölgədə 7 gün ərzində zorakılığın fasiləsiz olaraq azaldılması və humanitar yardımın daimi maneəsiz çatdırılmasına riayət olunmayınca Rusiya ilə sazişin gələcək fəaliyyətini dəstəkləməyəcək.

Son xəbərlər

Orphus sistemi