Obama qətlə yetirilən 8 tələbənin ailə üzvləri ilə görüşüb

Obama qətlə yetirilən 8 tələbənin ailə üzvləri ilə görüşüb Bu, prezident Obamanın prezidentliyi dövründə baş verən ilk belə faciə deyil
Digər ölkələr
11 Oktyabr , 2015 00:00
Obama qətlə yetirilən 8 tələbənin ailə üzvləri ilə görüşüb

Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama keçən həftə Umpqua İcma Kollecində qətlə yetirilən 8 tələbə və bir müəllimin ailə üzvləri ilə görüşüb.

“Report”un “Amerika Səsinə” istinadən verdiyi xəbərə görə, görüşdən sonra Obama deyib ki, ölkə belə hadisələrin baş verməsinə yol açan qanunların necə qarşısının alması üsullarını tapmalıdır. “Bu gün isə ailələr qüssələnir” – deyə o, əlavə edib.

ABŞ prezidenti Oreqona çatan zaman isə onu silah tərəfdarı nümayişçilər qarşılayıb. “Obama evə get” və “Heç nə azadlığımıza qarşı çıxa bilməz” yazılmış plakatlar qaldıran yüzlərlə insan bildirib ki, bəzi insanlar onun silahlara nəzarətlə bağlı mövqeyini dəstəkləmir.

Prezident oxşar qətllərdən sonra dəfələrlə silahlara nəzarət qanunlarının gücləndirilməsinə çağırıb.

Bu, prezident Obamanın prezidentliyi dövründə baş verən ilk belə faciə deyil. O, dəfələrlə qanunvericilər silahların əldə edilməsi qanunlarını məhdudlaşdırmağa çağırsa da, buna nail ola bilməyib.

Son xəbərlər

Orphus sistemi