Obama Putinə düzgün qiymət verdiyini düşünür

Obama Putinə düzgün qiymət verdiyini düşünür "Qiymətləndirmədiyim, dezinformasiyanın cəmiyyətə necə güclü təsirə malik olmasıdır"
Digər ölkələr
9 Yanvar , 2017 08:31
Obama Putinə düzgün qiymət verdiyini düşünür

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama fəaliyyəti dövründə rusiyalı həmkarı Vladimir Putinə düzgün qiymət verdiyini hesab edir.

"Report" xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində bildirib.

Obama aparıcının "Rusiya prezidenti Vladimir Putini düzgün qiymətləndirmisinizmi?" sualına "düşünmürəm ki, onu lazımınca qiymətləndirməmişəm", - deyə cavab verib.

"Qiymətləndirmədiyim, dezinformasiya və kiberhücumların müasir cəmiyyətə necə güclü təsirə malik olmasıdır", - deyə Barak Obama əlavə edib.

Son xəbərlər

Orphus sistemi