Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb

Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb Keçmiş prezident bu pulu saat yarıma əldə edib
Digər ölkələr
29 Aprel , 2017 00:50
Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb
TASS

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Barak Obama Nyu-Yorkda növbəti çıxışına görə də Uoll-Stritdə olduğu qədər – 400 min dollar qazanıb.

"Report" xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb.

Nəşrin məlumatına görə, Obama Nyu-Yorkun "The Pierre" otelində keçirilən "A&E Networks" reklam tədbirində iştirak edib. Burada tarixçi Doris Kirns Qudvin onunla kameralar qarşısında saatyarımlıq müsahibə edib.

Obama bundan əvvəl Uoll-Stritdəki çıxışına görə də 400 min dollar almışdı.

Son xəbərlər

Orphus sistemi