Yuxarı

​Obama: "Nüvə təhlükəsizliyi üzrə konvensiya yaxın həftələrdə qüvvəyə minəcək"

Hazırda 102 ölkə konvensiyanı təsdiq edib

Bakı. 1 aprel. REPORT.AZ/ "Nüvə materiallarının fiziki təhlükəsizliyi üzrə konvensiya yaxın həftələrdə qüvvəyə minəcək".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə günü Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində “Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər” mövzusunda açılış sessiyasında çıxış edən ABŞ prezidenti Barak Obama deyib.

"Mən hazırda 102 ölkənin əsas saziş olan nüvə materiallarının fiziki təhlükəsizliyi üzrə konvensiyanı təsdiq etdiyini xəbər verməyimə şadam. Biz onun yaxın həftələrdə qüvvəyə minəcəyini gözləyirik", - deyə o bildirib.

Prezidentin sözlərinə görə, "bu bizə nüvə materialları oğurlanacağı və ya nüvə obyektinə hücum olacağı təqdirdə birgə işləməyimiz üçün lazım olan əlavə imkanlar verəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi