Yuxarı
    Bağlamaq

    ​Obama: "Nitsa hadisəsi dəhşətli terror aktıdır"

    ABŞ lideri təqsirkarların məsuliyyətə cəlb olunması üçün yardım təklifi ilə çıxış edib

    Bakı. 15 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Fransanın Nitsa şəhərində insanların üzərinə hücumu pisləyib. 

    "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

    Məlumata görə, Ağ Ev rəhbəri olayı dəhşətli terror aktı adlandırıb.

    Dualarının həyatlarını itirənlərin ailələriylə olduğunu deyən Obama yaralılara şəfa diləyib.

    Bundan başqa, ABŞ lideri Fransada baş vermiş hadisələrin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri yardımların olunması təklifi ilə çıxış edib. Obama qeyd edib ki, ABŞ Fransanın yanındadır.

    Qeyd edək ki, Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfərə, yaralananların sayı 120 nəfərə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi