​Obama neftin bir barelinə görə 10 dollar vergi təklif edəcək

​Obama neftin bir barelinə görə 10 dollar vergi təklif edəcək Yığımlar nəqliyyat və ekoloji məqsədlər üçün istifadə olunacaq
Digər ölkələr
5 Fevral , 2016 00:57
​Obama neftin bir barelinə görə 10 dollar vergi təklif edəcək

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama 2017-ci maliyyə ili büdcəsində neftin hər barelinə görə 10 dollar həcmində vergi tətbiq olunmasını təklif edəcək. Bu vəsait ekoloji təşəbbüslər və infrastruktur tikintisinin maliyyələşdirilməsinə yönələcək.

"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

Güman edilir ki, vergini neft şirkətləri ödəyəcək, yığımlar isə şəhər nəqliyyatı və yüksək sürətli dəmir yol magistrallarının tikintisi, ekoloji təmiz nəqliyyat növləri və robotlaşdırılmış avtomobillərin tətbiqi üçün istifadə olunacaq.

Respublikaçılar tərəfindən idarə olunan Konqresin bu təşəbbüsü rədd edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi