Obama mühacirlərin yerləşdirilməsi planını müdafiə edir

Obama mühacirlərin yerləşdirilməsi planını müdafiə edir Parisdə baş verən terror hücumlarından sonra bəzi respublikaçı siyasətçilər Suriya miqrantların ABŞ-da yerləşdirilməsinə qarşı çıxıb
Digər ölkələr
18 Noyabr , 2015 21:41
Obama mühacirlərin yerləşdirilməsi planını müdafiə edir

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Suriyalı miqrantların yerləşdirilməsinin əleyhinə çıxan amerikalı siyasətçiləri tənqid edərək bildirib ki, onların ritorikası Amerika dəyərlərinə ziddir və İŞİD terrorçularını daha çox döyüşçü cəlb etməsinə yardım edə bilər.

"Report"un "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Parisdə baş verən terror hücumlarından sonra bəzi Respublikaçı siyasətçilər Suriya mühacirlərin yerləşdirilməsinin dayandırılmasına çağırıb. Onlar bu tədbirlərin Suriyadakı terrorçuların bənzər hücumları ABŞ-da həyata keçirməsinin qarşsını alacağını iddia edir.

Çərşənbə günü Manilada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində müxbirlər önündə çıxış edən Obama deyib ki, hazırkı qaydalar və yoxlanışlarla qaçqınların ölkəyə daxil olması onsuz da aylar çəkir. Onun fikrincə, bu prosesi dayandırmaq qorxmağa bərabərdir.

Prezident Obama “ABŞ Suriyadan yalnız xristian qaçqınları qəbul etməlidir” təklifinə sərt reaksiya göstərib və bunun “təhqiredici və Amerika dəyərlərinə zidd olduğunu” deyib.

Respublikaçı qanunvericilər 10 min suriyalını ABŞ-da yerləşdirmək planının dayandırılmasına çağırıb. Bu məsələ Avropa ölkələrində də müzakirə olunur və onlar qaçqınların yerləşdirilməsinin təhlükə yaradıb-yaratmayacağı ətrafında mübahisə aparır.

20-dən çox qubernator suriyalıların onların ştatlarında yerləşməsinin qarşısını alacaqlarını elan edib.

Son xəbərlər

Orphus sistemi