Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barack Obama İkinci Dünya Müharibəsində qələbənin 70 illiyi ilə bağlı Moskvada təşkil olunacaq bayram tədbirlərinə qatılmayacaq.
"Report"un Azadlıq radiosuna istinadla xəbərinə görə, Ağ Evdən bildiriblər ki, ABŞ-ın tədbirdə prezident səviyyəsində iştirak etmək planı yoxdur.
Mayın 9-dakı tədbirə bir çox dünya liderinin dəvət olunacağı gözlənir.
Ukrayna münaqişəsi ilə bağlı fikirayrılıqlarına görə ABŞ və Rusiya liderlərinin kontaktları azalıb.