Yuxarı

​Obama: "Moskva Minsk razılaşmasına əməl etməyincə NATO Rusiya ilə əməkdaşlıq etməyəcək"

NATO Ukraynaya öz dəstəyini artırır

Bakı. 10 iyul. REPORT.AZ/ "Moskva Minsk razılaşması çərçivəsində Ukraynaya dair öhdəliklərə əməl etməyincə NATO Rusiya ilə əməkdaşlıq etməyəcək". 

"Report" xəbər verir ki, bu bəyanatı Varşava sammitində ABŞ prezidenti Barak Obama səsləndirib.

ABŞ prezidenti yenidən müttəfiqlərin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə edərək, ölkədə siyasi və iqtisadi islahatları davam etdirmək zərurətinə toxunub.

"NATO Ukraynaya öz dəstəyini artırır", - deyə Barak Obama əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi